Narkotiklə tutuldular, digər cinayətin üstü  AÇILDI
29 avqust 2022 13:59 (UTC +04:00)

Narkotiklə tutuldular, digər cinayətin üstü AÇILDI

Xətai rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi  və Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş N.Bağırov və R.Bağırov saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı onların üzərində heroin aşkar olunaraq götürülüb.

Araşdırmalarla onların şəhər ərazisində bir evdən 5000 manat dəyərində məişət əşyaları oğurladıqları da müəyyən olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2719

Oxşar yazılar