Müəllimlərə imtahanda "bal yazan" SAXLANILDI
28 aprel 2022 17:32 (UTC +04:00)

Müəllimlərə imtahanda "bal yazan" SAXLANILDI

Bakıda imtahan adı il dələduzluq edilib.

Lent.azın məlumatına görə, bu barədə zərərçəkmiş Rəhimə Babayeva Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edib.

O müraciətində bildirib ki, Binəqədi rayonundakı məktəblərdən birinin bədən tərbiyəsi müəllimi Habil Əliyev onu aldadıb.

Bölmə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H. Əliyev saxlanılıb.

Müəyyən edilib ki, adı çəkilən şəxs müəllimlərin işə qəbul imtahanında R. Babayevaya 52 balı elektron kabinetdə yazaraq, paytaxt məktəblərindən birinə müəllimliyə düzəltməyi vəd edib. Bu məqsədlə ondan 3500 manat istəyib. Şikayətçi bir qismini nağd, bir qismini isə ödəmə terminalı vasitəsilə olmaqla ümumilikdə ona 1305 manat pul verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 21228
avatar

Mehman Nəbiyev

Oxşar yazılar