Bakıda külli miqdarda rüşvət vermədə təqsirləndirilən Könül Kazımovanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rahib Salmanovun icraatına verilib.
Cinayət işi üzrə 62 zərərçəkmiş var.
Əldə etdiyimiz məlumata görə, 47 yaşlı K. Kazımova Bakıda fəaliyyət göstərən “KL-2018” MMC-nin rəhbəridir. O, Bakıda MİDA tərəfindən tikilən sosial evlərdən ucuz ev almaq vədi ilə 62 nəfərə vəd verib. Bu yolla onların hərəsində 5 min manatdan 27 min manatadək pul alıb. Onun zərərçəkmişlərə vurduğu zərərin ümumilikdə yarım milyon manata yaxın olduğu bildirilir.
Hazırda məhkəmənin istintaqı davam edir.
Qeyd edək ki, bir neçə gün əvvəl də MİDA-nın tikdiyi sosial evlər layihəsində 5 saniyə ərzində evlərin satılması böyük qalmaqala səbəb olmuşdu. Hadisə ilə əlaqədar bir neçə nəfər saxlanılmış və onlarınxüsusi proqramla həmin evləri 5 saniyə ərzində alması müəyyən edilmişdi.