ABŞ-ın Ayova ştatını neçə aydır narahat edən qətllə bağlı hökm verilib.
Lent.az ştatın məhkəməsinə istinadla xəbər verir ki, hər şey xırda zarafatla başlayıb.
Kristofer və Kaleb adlı gənclər barda yeyib-içərkən Kristofer sonuncunun yeməyinə mayonez töküb. Bu zarafat dava və söyüşə çevrilib.
Bardan çıxdıqdan sonra Kristofer Kalebi ölümlə hədələyib və maşını onun üstünə sürüb. Təkərin altında qalan Kalebin ilk zərbədən ölmədiyini görən Kristofer onu təkrarən 2 dəfə tapdalayıb.
Təqsirləndirilən şəxs məhkəmədə törətdiyi əməli etiraf edib. Məhkəmənin hökmü ilə o, ömürlük azadlıqdan məhrum edilib