Noyabrın 7-də səhər saat 5 radələrində Masallı rayonunun Yeddioymaq kənd sakini 27 yaşlı Salatın Fətullayevanın yaşadığı evdə ölməsinə dair Masallı rayon prokurorluğuna məlumat daxil olub.
Lent.az xəbər verir ki, bu barədə Masallı rayon prokurorluğu məlumat yayıb.
Araşdırmalarla 54 yaşlı Hüseyn Şükürovun qızı Salatın Fətullayevaya aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hüseyn Şükürov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
***
Saat 04:53
Noyabrın 07-də saat 4 radələrində Masallı rayonu rayonu Birinci Yeddioymaq kəndində evlərin birində 27 yaşlı Fətullayeva Salatın Hüseyin qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının atası 54 yaşlı Şükürov Hüseyin Qurban oğlu saxlanılıb. Hadisə ailə münaqişəsi zəminində baş verib.
Araşdırma aparılır.