Lənkəranda yeniyetmə tanışları tərəfindən döyülüb.
Lent.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Kərgəlan kəndi ərazisində baş verib.
Kənd sakini, 2010-cu il təvəllüdlü yeniyetmə tanışları ilə aralarında yaranan mübahisə zəminində döyülüb. Yaxınlarının bildirdiyinə görə, mübahisə kənd ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrindən birinin həyətində baş verib.
İlkin məlumata görə, mübahisə zamanı şəxslərdən biri yeniyetməni döyərək başı üstə yerə çırpıb.
Yeniyetmə yaxınları tərəfindən təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılıb. O, dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda vəziyyəti ağır qiymətləndirilən yeniyetmə süni tənəffüs aparatına qoşulub.
Faktla bağlı araşdırma aparılır.
İlkin Rzayev