Dünəndən etibarən, Rusiyanın bütün cəzaçəkmə müəssisələrində ciddi yoxlama başlayıb.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, buna səbəb “qanuni oğru”lar tərəfindən dustaqlara ünvanlanan “praqon”dur.
Məlumata görə, kameralar yoxlanılır, dustaqlara nəzarət güclənir və onlara gətirilən sovqatın yoxlanılmasına diqqət daha da artırılır.
***
16.12.2021
Saat: 10:25
Rusiya həbsxanalarında kriminal avtoritet və “qanuni oğru”ların çağırış məktubu yayılmağa başlayıb.
Lent.az-ın Rusiyanın teleqram kanallarından birinə istinadən məlumatına görə, onlar bu ölkənin həbsxanalarında dustaqlara qarşı zorakılığa son qoymağa çağırırlar. Məlumata əsasən, hüquq müdafiəçisi Yeva Merkaçeva faktı təsdiqləyib. Bu “praqon” “qanuni oğru”ların qiyabi “sxodka”sında qəbul olunub. “Sxodka”ya isə məşhur kriminal avtoritet “Şakro Molodoy” başçılıq edib.
Məktuba azərbaycanlı “oğru”lar da daxil olmaqla keçmiş postsovet məkanının əksər avtoritetləri imza atıblar.
Çağırış məktubu