Götürülən metamfetaminlər
18 yanvar 2022 15:06 (UTC +04:00)

Götürülən metamfetaminlər

"Kubinka" və "Papanin"də narkokuryerlər tutuldu - VİDEO

Nəsimi rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat-axtarış tədbirləri keçiriblər.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, nəticədə rayonun “Kubinka”, “Papanin” və digər ərazilərində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakinləri Anar Məmmədov, Orxan Əbilov, Orxan Fətəliyev, Fərid Əliyev, Ülvin Səfərov və Azər Oruczadə saxlanılıblar. Onların üzərindən və yaşadıqları mənzillərdən külli miqdarda, yəni 1 kiloqramdan artıq metamfetamin və heroin aşkar edilib.

Araşdırma zamanı bu şəxslərin sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdən birinin vətəndaşının təsiri altına düşərərək onun üçün ölkə ərazisində narkokuryerlik etdikləri və həmin şəxsin qaçaqmalçılıq yolu ilə göndərdiyi narkotik vasitələrin paytaxt ərazisində satışını təşkil etdikləri məlum olub. Adları çəkilənlər narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Bu şəxslərin hər biri barəsində Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar başlanılıb.Onlar tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.

 

Bakıda narkokuryerlər tutuldu

# 2049
avatar

Mehman Nəbiyev

Oxşar yazılar