Kişi arvadını öldürüb, intihara cəhd etdi -  YENİ XƏBƏR
18 yanvar 2022 12:26 (UTC +04:00)

Kişi arvadını öldürüb, intihara cəhd etdi - YENİ XƏBƏR

Bakıda arvadını öldürməkdə təqsirli bilinən Yadigar Cəfərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Azad Məcidovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yanvarın 26-da keçiriləcək.

Qeyd edək ki, 2021-ci il iyulun 8-i saat 17 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 35 yaşlı Elnarə Musayevanın qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki,  zərərçəkmişin əri 41 yaşlı Yadigar Cəfərov ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı Elnarə Musayevaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürüb, daha sonra həmin bıçaqla özünə xəsarət yetirib.

Yadigar Cəfərov 3 saylı Klinik Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

# 1752
avatar

Mehman Nəbiyev

Oxşar yazılar