Kafedən çıxan kişini döyüb hər şeyini əlindən aldı - BAKIDA
17 iyun 2023 11:48 (UTC +04:00)

Kafedən çıxan kişini döyüb hər şeyini əlindən aldı - BAKIDA

Bakıda quldurluq hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə gecə saat 1 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsində Daş Karxanası Yeni Yaşayış Massivində baş verib. 29 yaşlı Salyan rayon sakini Əzizov Mübariz Şaiq oğlu burada "TT" adlı kafedən çıxarkən naməlum şəxs ona bıçaqla hədə-qorxu gələrək, üzünə yumruq vuraraq mobil telefonunu, içərisində şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, 1500 manat olan pul kisəsini götürüb qaçıb.

Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən  Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş P.İsgəndərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır. 

# 2526
avatar

Mehman Nəbiyev

Oxşar yazılar