Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Akif Vəliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, araşdırmalar zamanı onun rayon ərazisində gözətçi işlədiyi istirahət parklarından birində narkotik vasitə satması məlum. Əldə edilən maddi sübutlarla birlikdə A. Vəliyev istintaqa təhvil verilib.
Bundan başqa, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri ayrı-ayrı tədbirlərlə qanunsuz narkotik vasitə əldə etməkdə və saxlamaqda şübhəli bilinən, Bayram Ələkbərov, Baxşəli Mürsəquov, Faiq Bağırov, Vüqar Sadıqov, Elşən Xudaverdiyev, Mehman Kərimov, Rövşən Məmmədxanov, Anar Atayevdən heroin, marixuana, metamfetamin və digər narkotik vasitələr aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.