İnterpolun Bolqarıstanda tutduğu şəxs Azərbaycana gətirildi
13 fevral 2025 18:06 (UTC +04:00)

İnterpolun Bolqarıstanda tutduğu şəxs Azərbaycana gətirildi

Xəbər verdiyimiz kimi,  Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1972-ci il təvəllüdlü Ceyhun Dadaxan oğlu Mərdəliyev ötən ilin avqustunda Bolqarıstanda həbs edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Mərdəliyev Ceyhun Dadaxan oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Bolqarıstan Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Ceyhun Mərdəliyevin külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilib.

07.02.2025-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Ceyhun Mərdəliyev Bolqarıstandan ölkəmizə gətirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 717

Oxşar yazılar