Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosu beynəlxalq axtarışda olan şəxsi həbs edib.
Lent.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1972-ci il təvəllüdlü Ceyhun Dadaxan oğlu Mərdəliyevin Bolqarıstanda gizləndiyi məlum olub.
İnterpolun Milli Mərkəzi Bürosunun həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Ceyhun Mərdəliyev həmin ölkədə saxlanılıb.
Hazırda onun Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür.