Qonşu ölkədə meymunçiçəyi HƏYƏCANI:  5 nəfər xəstəxanaya yerləşdirildi
17 oktyabr 2026 19:36 (UTC +04:00)

Qonşu ölkədə meymunçiçəyi HƏYƏCANI: 5 nəfər xəstəxanaya yerləşdirildi

0

Rusiyanın Sankt-Peterburq şəhərində meymunçiçəyi xəstəliyinə yoluxma şübhəsi ilə 5 nəfər xəstəxanaya yerləşdirilib.

Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti (Rospotrebnadzor) hadisə ilə bağlı araşdırmalara başlayıb.

Qurumun məlumatına görə, xəstəxanaya yerləşdirilən şəxslərlə təmasda olan insanların müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

“Epidemiya əleyhinə bütün zəruri tədbirlər kompleksi təşkil edilib”, – deyə qurumun nümayəndələri bildiriblər.

Qeyd edək ki, bundan əvvəl Moskva vilayətində də meymunçiçəyi xəstəliyinə yoluxduğu ehtimal edilən şəxslə təmasdan sonra 5 nəfər xəstəxanaya yerləşdirilib.

Hazırda Sankt-Peterburqda xəstəxanaya yerləşdirilən şəxslərin diaqnozunun laborator müayinələrlə təsdiqlənib-təsdiqlənmədiyi barədə məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar