Salyanda AĞIR QƏZA:  Yaralılardan biri xəstəxanada öldü
18 oktyabr 2026 12:25 (UTC +04:00)

Salyanda AĞIR QƏZA: Yaralılardan biri xəstəxanada öldü

0

Salyanda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Lent.az APA-ya istinadən xəbər verir ki, Ələt-Astara magistralının Şorsulu kəndi ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb.

Masallı rayon sakini, 47 yaşlı Nicat Şah Nəcəfovun idarə etdiyi avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan biri, Masallı rayon sakini, 56 yaşlı Müşviq Mikayılov xəstəxanada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar