Rusiyanın paytaxtı Moskvada küçədə insanlara tüpürən və onları təhqir edən qadın həbs edilib.
Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qadın küçədə yoldan keçən insanlara tüpürüb, onları itələyib, ayaqlarına ilişərək yıxmağa çalışıb və nalayiq ifadələrlə təhqir edib.
Məhkəmə sənədlərinə əsasən, qadın insanların iradlarına da məhəl qoymayıb və ictimai asayişi pozmağa davam edib.
Məhkəmə iclasında qadın özünü təqsirli bilməyib. O, əməlində inzibati xəta hadisəsinin və tərkibinin olmadığını, başqa şəraitdə saxlanıldığını iddia edib.
Qadın həmçinin dayə işlədiyini bildirib.
Məhkəmə onu xırda xuliqanlıqda təqsirli bilərək 15 sutka müddətinə inzibati həbs cəzasına məhkum edib.
Qadının məhkəmə qərarından verdiyi apellyasiya şikayətləri isə təmin olunmayıb.