Bakıda iki avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Məhsəti Gəncəvi və Rüstəm Rüstəmov küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, “FAW Bestune” və “Lada Niva” markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində iki nəfər xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.