Futbol dünyasını silkələyən  ETİRAF:   İki silahla  gəzirdim
18 oktyabr 2026 11:39 (UTC +04:00)

Futbol dünyasını silkələyən ETİRAF: İki silahla gəzirdim

0

"Latsio"nun prezidenti Klaudio Lotito azarkeşlərin təhdidləri səbəbindən bir vaxtlar üzərində iki tapança gəzdirdiyini açıqlayıb. Silahlardan birinin həyatını xilas etdiyini iddia edən Lotito, gündə 5000 təhdid telefon zəngi aldığını da iddia edib. İtaliyalı prezidentin klubun satışı ilə bağlı şərhləri də diqqəti cəlb edib.

"Latsio"nun prezidenti Klaudio Lotito azarkeşlərlə yaşadığı gərginlik və aldığı təhdidlərlə bağlı təəccüblü açıqlamalar verib. 

Lent.az bildirir ki, İtaliyanın "La Repubblica" qəzetində yer alan xəbərə görə, Lotito prokurorlara təhlükəsizliyindən qorxduğu üçün keçmişdə iki silah gəzdirdiyini bildirib.

"Onlardan biri həyatimi xilas etdi"

Fan qruplarının zorakı təbəqələrindən təhdidlər aldığını bildirən Lotito deyib: "Uzun müddət iki tapança gəzdirdim, biri öndə, biri də arxada. Biri avtomat, digəri isə Smith & Wesson idi. Bir dəfə onlardan biri işə yaradı və həyatımı xilas etdi". 

Lotito həmçinin Romanın Montesacro rayonunda bir mağaza açılışında tələyə düşdüyünü və hadisə yerindən çıxa bilmək üçün çevik polisin müdaxiləsinə ehtiyac duyduğunu söyləyib.    

"Gündə 5000 təhdid edən telefon zəngi aliram"

Ona qarşı təhdidlərin davam etdiyini iddia edən “Latsio” prezidenti deyib: "Gündə 5000 təhdid telefon zəngi alıram. Zarafat etmirəm. Mən həyatda davadan qaçan biri deyiləm, dava edən biriyəm. Mən zorakılığa qarşıyam".

Klubun satilacaği iddialarini təkzib etdi

“Latsio”nun xarici investorlara satılacağı ilə bağlı iddialara cavab olaraq Lotito klubu təhvil verməyi düşünmədiyini və heç bir alış təklifi almadığını bildirib. Lotito deyib: "Heç bir təklif almamışam. Buna görə də şikayət ərizəsi verməli və “Consob”a müraciət etməli oldum və heç bir təklif almadığımı bildirdim".

Azarkeşlərə sessasiya səbəb olacaq bir cavab

Klubun artıq azarkeşlərin xəyal qurmasına icazə verməməsi ilə bağlı tənqidlərə cavab olaraq Lotito "Xəyal qurmaq istəyirsinizsə, yuxu dərmanı qəbul edin" sözləri ilə diqqət çəkib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 268

Oxşar yazılar