Kürdəmirdə meyiti tapılan  şəxslə bağlı rəsmi açıqlama verildi -YENİLƏNİB
18 oktyabr 2026 10:15 (UTC +04:00)

Kürdəmirdə meyiti tapılan şəxslə bağlı rəsmi açıqlama verildi -YENİLƏNİB

1

Kürdəmirdə dəmir yolu kənarında kişi meyitinin aşkarlanması ilə bağlı rəsmi açıqlama verilib.

APA xəbər verir ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti dəmir yolu kənarında kişi meyiti aşkarlayıb.

Hadisə barədə dərhal aidiyyəti qurumlara məlumat verilib. Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.

Qeyd edək ki, daha əvvəl Kürdəmir rayonunun Təklə kənd sakini, 1976-cı il təvəllüdlü Vüqar Ağadadaş oğlu Şahverdiyevin meyitinin aşkarlanması barədə məlumat yayılıb.

***

09:19

Kürdəmirdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Təklə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1976-cı il təvəllüdlü Vüqar Ağadadaş oğlu Şahverdiyevi qatar vurub.

O, aldığı ağır xəsarətlər nəticəsində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 472

Oxşar yazılar