Bakıda baş verən qətl və intihar odlu silahla törədilib.
Bu barədə Lent.az-a Günay Cabbarovanın qonşuları bildirib. Məlum olub ki, hadisənin baş verdiyi Nərimanov rayonu Qarabağ küçəsi, 26 ünvanında həmin vaxt silah səsi eşidilib. Həmin ünvanda Günay Cabbarova qalırmış. Bu ev də onun atasının evi olub.
Ehtimala görə, hadisəni törədən müstəntiq polis mayoru Tural Aslanov əvvəlcə Günay Cabbarovanı vurub. Daha sonra o, özünə də atəş açaraq, həyatına son qoyub.
Qonşuların bildirdiyinə görə, G. Cabbarova əvvəllər ailəli olub. 3-5 yaşlarında iki övladı var. Ata-anası xeyli müddətdir ki dünyalarını dəyişiblər. Polis mayoru T. Aslanov isə subay idi.
Hadisə olan ünvan
***
Saat: 15:08
Polisin və nişanlısının meyiti hadisə baş verən evdən götürülüb.
Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, meyitlər müayinə edilmək üçün tibbi ekspertizaya aparılıb.
***
Saat 14:32
Bakıda polisin nişanlısını öldürərək intihar etməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (intihar həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda hadisə yeri müayinə edilməklə zəruri istintaq hərəkətləri davam etdirilir.
Lent.az hadisə yerindən fotoları təqdim edir:
***
saat 13:47
Bakıda dəhşətli qətl hadisəsi olub.
Daxili İşlər Nazilriyinin mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov Lent.az-a bildirib ki, bu gün günorta saatlarında paytaxtın Nərimanov rayonu ərazisindəki evlərin birində Xəzər Rayon Polis İdarəsinin əməkdaşı Tural Aslanov qısqanclıq zəminində nişanlısı Günay Cabbarovanı qətlə yetirdikdən sonra özü də intihar edib.
Faktla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, bu son bir ayda Azərbaycandan qeydə alınan 5-ci analoji hadisədir.