Fransada 17 il hüquq-mühafizə orqanlarından gizlənən mafioz həbs edilib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, 63 yaşlı Edqardo Qreko Sent-Etyen şəhərində həbs edilib. O, 2006-cı ildə 1991-ci ildə Kosensada Stefano və Cüzeppe Bartolomeo qardaşlarının qətlində ittiham olunub. Qrekonun “Ndranqeta qrupunun” üzvü olduğu da bildirilir.
Bu cinayətə görə mafiozun ömürlük həbs cəzasına məhkum edildiyi bildirilir.
Qreko 2014-cü ildən məskunlaşdığı Sent-Etyen şəhərindəki bir restoranda ən azı üç il pizza ustası kimi çalışıb.