Biləsuvarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan nəqliyyat vasitəsi, yolu əks tərəfə keçmək istəyən Biləsuvar şəhər sakini 1981-ci il təvəllüdlü Elçin Yaşar oğlu Cabbarovu vurub. E. Cabbarov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
İlkin məlumata görə, mərhum Elçin Cabbarov yaxınlıqdakı şadlıq saraylarının birində toyda olub. O, toydan çıxıb yolu əks istiqamətə keçmək istəyərkən hadisə baş verib.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.