Hamilə arvadını dənizdə boğdu: Dəhşətli qətlin TƏFƏRRÜATLARI  Lent.az-da
21 dekabr 2021 20:15 (UTC +04:00)

Hamilə arvadını dənizdə boğdu: Dəhşətli qətlin TƏFƏRRÜATLARI Lent.az-da

Sumqayıtda hamilə qadının əri tərəfindən dənizdə boğub öldürülməsinin təfərrüatları ortaya çıxıb.

Lent.az həmin dəhşətli qətlin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Anar Əhmədov həyat yoldaşı, 5 aylıq hamilə olan 33 yaşlı Şəhanə Əhmədovanı ailə münaqişəsi zəminində öldürmək qərarına gəlib. Bu məqsədlə avqustun 7-i saat 21 radələrində onunla birlikdə Sumqayıt şəhərində yerləşən “Gəmi” istirahət mərkəzinin yerləşdiyi çimərliyə gedib. Çimərkən hamilə arvadını boğazından tutub sıxaraq, onu suyun altına salıb boğub.

İstintaq fotosu
 
İş üzrə dindirilmiş 34 yaşlı Anar Əhmədov bildirib ki, Şəhanə Əhmədova ilə 2007-ci ilin may ayında evlənib. Ailə qurduqdan 6 ay sonra Abşeron rayonun Saray qəsəbəsinə, sonra isə Sumqayıt şəhərinə köçüb. 2008-ci ildə Aişə, 2010-cu ildə isə Anarə adlı övladları dünyaya gəlib. İki il sonra Sumqayıtın Xəzri yaşayış massivindən torpaq sahəsi alaraq ev tikib. Anası və bacısı da onlarla birlikdə yaşayıb. 

Anarın sözlərinə görə, Şəhanə hər dəfə ona tək yaşamaq istədiyini deyib və buna görə aralarında dəfələrlə mübahisələr yaranıb. O, bir gün evə gəldikdə anasının gözünün altında qızartı görüb. Sonradan bilib ki, anası Şəhanə ilə dalaşıb.

İstintaq fotosu

Belə olduğu təqdirdə Anar arvadına ayrılmaq istədiyini deyib. Bu zaman Şəhanə boşanacaqları təqdirdə uşaqları da aparacağını deyib. 2020-ci il avqustun 7-də Şəhanə və övladları ilə Novxanıda, “Gəmi” restoranın ərazisində yerləşən çimərliyə gediblər. Təxminən saat 20 radələrində çimərkən arvadını, boynunun arxasından və başından tutub, suya basıb. Anar isə onun müqavimət göstərdiyini görüb boynuna, sinəsinə, kürəyinə və boğazına zərbələr vurub. Təxminən 5-10 dəqiqə onu suyun altında saxlayıb və artıq öldüyünü anlayıb. Daha sonra Anar sudan çıxıb övladlarından analarının harada olduğunu soruşub, uşaqlar isə onu görmədiklərini deyiblər. Bundan sonra dəniz kənarında olan insanlar eşitsin deyə, səs-küy salaraq qışqırmağa başlayıb.

İlkin ifadəsində həyəcanlı olduğundan Şəhanəni öldürmək istədiyini və hamilə olmasını bildiyini göstərib.

İstintaq fotosu

Anar Əhmədov əlavə edib ki, yoldaşını qətlə yetirmək niyyəti olmayıb, onu yalnız qorxutmaq istəyib. Şəhanə kök olduğundan onun hamilə olmağını bilməyib. Hadisə günü bir şüşə pivə və tərkibində alkoqol olan enerji içkisi içib.
 
Zərərçəkmiş şəxsin hüquqi varisi Fərzalı Səmədov ifadəsində göstərib ki, qızı Şəhanə 1987-ci ildə Qəbələ rayonun Yengicə kəndində anadan olub. Şəhanə ilə Anar ilk dəfə bir-birini Ağdaş rayonun Ərəbşəki kəndində görüblər. Onun anası həmin kənddən olduğundan, Fərzalı qohumlarını ziyarət etmək üçün tez-tez qızı ilə ora gedib-gəlib. Onun sözlərinə görə, Şəhanə ilə Anar evləndikləri ilk günlərdən biri-biri ilə yola getməyiblər. Hər ikisi qısqanc olduqları üçün tez-tez mübahisə ediblər.

İstintaq fotosu

F. Səmədov qeyd edib ki, 2018-ci ilin axırlarında növbəti davadan sonra Şəhanə küsüb, rayona gəlib. Bir ay rayonda qalandan sonra uşaqları üçün darıxdığını bildirib. Boşanacağını, övladlarını götürüb birdəfəlik rayona yaşamağa gələcəyini deyib. Amma sonradan fikrini dəyişib. Fərzalı axırıncı dəfə qızı ilə 2020-ci ilin iyul ayında telefonla danışıb. Avqustun 8-də Anarın bacısı Eleonora Fərzalı Səmədova zəng edərək Şəhanənin dənizdə boğularaq öldüyünü deyib. F. Səmədov Sumqayıtda morqdan Şəhanənin meyitin təhvil alarkən onun Anar tərəfindən boğularaq öldürüldüyünü bilib.
 
Şahid Elvin Allahquliyev ifadəsində göstərib ki, 2019-cu ilin axırlarından Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin Cinayət Axtarış Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 2020-ci il avqustun 7-də əməliyyat qrupunda olub, saat 23 radələrində Novxanı ərazisində qadının suda boğulması barədə bölməyə məlumat daxil olub. Bölmədə ifadə verərkən Anar Əhmədov dəniz kənarında 5 aylıq hamilə arvadını üzməyi öyrətdiyini, qaranlıq vaxtı dənizə girdiklərini, bir müddətdən sonra özünün təkcə sahilə, uşaqlarının yanına qayıtdığını və Şəhanənin suda qaldığını bildirib. E. Allahquliyev Anardan “əgər üzə bilmirsə, nə üçün yoldaşını geriyə tək göndərdiyini və ümumiyyətlə qaranlıq vaxtı dənizə girdiyini” soruşub.

Anarın cızılmış bədəni

Anarın suallara cavab verməkdə çətinlik çəkdiyini görən Elvin ondan şübhələnib. Bundan sonra Anarın sifətinin sol nahiyəsində və qollarında cırmaq izləri görüb. Xəsarətlər barədə soruşduqda onların, uşaqlarını dənizdə çimizdirərkən əmələ gəldiyini söyləyib. Amma polis əməkdaşı cızıqların çox dərin və uşaqlar tərəfindən yetirilməsin qeyri-mümkün olduğunu deyib. Anar köynəyini çıxartdıqdan sonra Elvin onun boğazının sol aşağı nahiyəsində, sinəsində, belində, qarnında əlavə cırmaq izləri görüb. Bu barədə suallara Anar cavab verə bilməyib. Nəticədə arvadını öldürdüyünü, üzərində olan xəsarətləri də hadisə vaxtı aldığını bildirib. O, ailədə olan problemlərdən bezdiyi üçün bu addımı atdığını və izi itirmək üçün qadını dənizdə öldürməyi planlaşdırıb.

Anarın cızılmış bədəni
 
Şahid Eleonora Əhmədova ifadəsində göstərib ki, qardaşı Bakı və Sumqayıtda müxtəlif tikinti şirkətlərində işləyərək ailəsini dolandırıb. Arvadı evin həyətində mağaza işlədib. Onun sözlərinə görə, Şəhanə hər xırda məsələyə görə Anarı qısqanıb. Bir dəfə aralarında qonşuluqda yaşayan Elnarə adlı qadına görə mübahisə düşüb. Arzuları oğlan övladına sahib olmaq idi. Hadisədən təxminən iki ay əvvəl Şəhanə Eleonoraya hamilə olduğunu deyib. Avqustun 7-də axşam Anar zəng edərək Novxanı çimərliyində Şəhanə ilə birlikdə dənizdə üzdüyünü, lakin sonra onu tapa bilmədiyini deyib. O, da anası və bacısı ilə birlikdə Novxanıya yollanıb. Ora çatanda Anarın Şəhanəni dənizdə öldürməsini eşidiblər. Hadisə yerindən qardaşı qızlarını götürərək yaşadığı evə aparıb.

Şəhanənin cəsədi
 
Məhkəmə zalında zərərçəkmiş şəxsin hüququ varisi təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Anar Əhmədov 16 il müddətinə azadlıqdan məhrum olunub.

Hamilə arvadını dənizə aparıb öldürdü

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9057
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini  öldürdü

16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini öldürdü

14 dekabr 2024 , 16:15
Toyda qətl törədənə 18 il CƏZA

Toyda qətl törədənə 18 il CƏZA

13 dekabr 2024 , 17:40
Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

13 dekabr 2024 , 17:36
Polis dostunu güllələyib öldürdü

Polis dostunu güllələyib öldürdü

13 dekabr 2024 , 15:52
Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

13 dekabr 2024 , 15:26
8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

13 dekabr 2024 , 13:16
Bakıda narkokuryerlər tutuldu - VİDEO

Bakıda narkokuryerlər tutuldu - VİDEO

13 dekabr 2024 , 10:35
Arvadını öldürüb intihara cəhd etdi

Arvadını öldürüb intihara cəhd etdi

12 dekabr 2024 , 15:45