Zaur Yusifov
17 mart 2022 15:40 (UTC +04:00)

Zaur Yusifov

Dünya çempionunu öldürən HƏBS EDİLDİ

Baş Prokurorluq idmançı Zaur Yusifovun qətli ilə bağlı rəsmi məlumat yayıb.

Qurumdan Lent.az-a verilən məlumata görə, martın 14-də saat 21 radələrində Binəqədi rayonu ərazisində yerləşən marketlərdən birində 38 yaşlı Zaur Yusifovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlkin istintaqla 22 yaşlı Samir Şirəliyevin qətlə yetirilmiş xalası oğlu “Emin 444” ləqəbli Emin Səfərovun öldürülməsində şübhələndiyi Zaur Yusifovu qisas almaq məqsədilə odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Samir Şirəliyev təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4176
avatar

Mehman Nəbiyev

Oxşar yazılar