Dünən yollarda 2 nəfər ölüb - KRİMİNAL XRONİKA
20 may 2022 11:55 (UTC +04:00)

Dünən yollarda 2 nəfər ölüb - KRİMİNAL XRONİKA

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilən 61 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 24 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 78 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 60 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

# 1803
avatar

Mehman Nəbiyev

Oxşar yazılar