Külli miqdarda dələduzluqda təqsirli bilinən “BTB Leasing” ASC-nin Hüquq Departamentinin rəhbəri vəzifəsində işləmiş Ceyhun Əlizadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.
Qeyd edək ki, çalışdığı şirkətdə qanunsuz əməlləri aşkar olunduqda sonra ASC-dən Əmək Məcəlləsinin 70Ç maddəsi əsasında işdən xaric edilmiş Əli-zadə Ceyhun Hizbul “BTB Leasing” ASC-yə, həmçinin Cavid Zeynalov başda olmaqla bir neçə digər vətəndaşa qarşı dələduzluq edərək qanunsuz yollarla külli miqdarda qazanc əldə etdiyi üçün Xətai rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 309-cu maddələri ilə cinayət işi başlanıb.
Ceyhun Əli-Zadə barəsində Binəqədi rayon Məhkəməsinin qərarına əsasən həbs qətimkan tədbiri seçilib.