Ələ keçirilən narkotik
10 fevral 2022 09:31 (UTC +04:00)

Ələ keçirilən narkotik

Daha bir narkotacir külli miqdarda "patı" ilə tutuldu - FOTO

İmişlidə narkotiklərin satışı ilə məşğul olanlara qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini Ələsgər Nuralıyev rayonun Otuziki kəndi ərazisində saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı ümumilikdə 5 kiloqramdan artıq, o cümlədən, 1 kiloqram 900 qram narkotik maddə olan heroin, 1 kiloqram 300 qram qram “patı” və “şüşə” adlanan psixotrop maddə - metamfetamin və 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Dindirilmə zamanı həmin şəxs qanunsuz əməllə məşğul olduğunu etiraf edib. 

Faktla bağlı İmişli rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

# 1869
avatar

Mehman Nəbiyev

Oxşar yazılar