Bakıda yeniyetmələr kişini təkləyib qarət etdilər
17 iyun 2023 17:46 (UTC +04:00)

Bakıda yeniyetmələr kişini təkləyib qarət etdilər

Bakıda quldurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, iyunun 16-da gecə saatlarında Yasamal rayonu ərazisində Xaçmaz rayon sakini R.Süleymanovun 180 manat pulu və mobil telefonu quldurluq yolu ilə talanıb. Bu barədə polisə məlumat daxil olub.

Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan iki yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.

# 3054
avatar

Oxşar yazılar