Lent.az xəbər verir ki, quyudan meyiti tapılan 4 yaşlı Məryəm Hüseynlinin qətlə yetirildiyi məlum olub.
Baş Prokurorluğun mətbuat xidmətindən saytımıza bildirilib ki, faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanılıb. Zərərçəkmişin qonşusu 32 yaşlı Mehman Mansurov şübhəli şəxs qismində saxlanılıb.
Hazırda hadisə ilə bağlı istintaq davam edir.