Bakıda tələbə  öldürüldü  - FOTO - YENİLƏNİB
25 iyun 2023 10:37 (UTC +04:00)

Bakıda tələbə öldürüldü - FOTO - YENİLƏNİB

Bakıda ötən gün törədilən qətllə bağlı yeni fakt üzə çıxıb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, paytaxtın Nərimanov rayonunda bıçaqlanaraq öldürülən 20 yaşlı Hikmət Kərimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub.

 

***

24 iyun saat 07:29

Bakıda 20 yaşlı gənci öldürən şəxsə cinayət işi açılıb.

Lent.az xəbər verir ki, bu barədə Nərimanov Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, iyunun 23-ü saat 23 radələrində 2003-cü il təvəllüdlü Hikmət Kərimovun kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 2005-ci il təvəllüdlü Fateh Məmmədovun Nərimanov rayonu ərazisində aralarında yaranmış mübahisə zamanı Hikmət Kərimova kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

***

Saat 04:33

Bakıda 20 yaşlı gənci qətlə yetirən şəxs saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Qeyd olunub ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Məmmədov Fateh Vəkil oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib. 

Araşdırma aparılır.

***

Saat 00:25

İyunun 23-də saat 23 radələrində Nərimanov rayonu, Hidayətzadə küçəsində 20 yaşlı Kərimov Hikmət İlham oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-abildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcəkdir.

# 11577
avatar

Oxşar yazılar