Bakıda kişini güllələyib  öldürdülər   - YENİLƏNİB
01 noyabr 2023 18:07 (UTC +04:00)

Bakıda kişini güllələyib öldürdülər - YENİLƏNİB

Bakıda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanılıb.

Xəzər rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, noyabrın 1-i saat 17 radələrində Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 53 yaşlı Cavanşir Abdullayevin odlu silahdan açılan atəş nəticəsində ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 38 yaşlı Pərviz Xudaverdiyevin aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açmaqla Cavanşir Abdullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Pərviz Xudaverdiyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

***

17:16

Cinayət əməlini törətməkdə şübhəli bilinən 38 yaşlı Xudaverdiyev Pərviz Cabir oğlu saxlanılıb. O, polisə gələrək təslim olub.

DİN-dən Lent.az-a verilən məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

***
Saat: 16:38

Noyabrın 1-də saat 16 radələrində Xəzər rayonu Şağan qəsəbəsi ərazisində 53 yaşlı Abdullayev Cavanşir Ruhulla oğlunun revolver markalı tapança ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.

 

# 7530
avatar

Oxşar yazılar