Martın 1-də Binəqədi rayonu ərazisindəki kafelərin birindən 450 manat pul və 1860 manat dəyərində 2 ədəd televizor və samovar oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - E.Səmədov və M.Mikayılov saxlanılıblar.