Bakıda ata uşaqlarına işgəncə verdi: arvadını qaynar su ilə yandırdı
18 fevral 2022 17:39 (UTC +04:00)

Bakıda ata uşaqlarına işgəncə verdi: arvadını qaynar su ilə yandırdı

Bakının Xəzər rayonu sakini 5 yaşlı uşağın atası tərəfindən döyülməsi və ona əzab verilməsi ilə bağlı Xəzər rayon Prokurorluğunda araşdırma aparılıb.

Lent.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov telekanallardan birinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib:

“Aparılmış araşdırmalarla atasının azyaşlını döyməklə və sair zorakı hərəkətlərlə ona güclü fiziki ağrı və psixi iztirablar verdiyi müəyyən olunub. Uşağın sosial xidmət müəssisəsinə yerləşdirilməsi təmin edilib. Bundan başqa, araşdırmalarla müəyyən olunub ki, azyaşlının on altı yaşına çatmayan bacısı isə qanunsuz nikaha daxil olub. Həmçinin, rayon prokurorluğunda aparılmış araşdırma ilə müəyyən edilib ki, 2021-ci ilin dekabr ayının sonlarında əri tərəfindən uşaqların anasının üzərinə qaynar su tökülərək qəsdən sağlamlığına az ağır dərəcəli hesab olunan xəsarət yetirilib”.

K.Zeynalov həmçinin bildirib ki, həmin faktlarla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib:

“İş üzrə müvafiq ekspertizalar təyin olunub, o cümlədən şahid dairəsinin müəyyənləşdirilməklə dindirilməsi həyata keçirilib.

Uşaqların pozulmuş hüquqlarının bərpası ilə bağlı Baş Prokurorluq tərəfindən zəruri tədbirlərin görülməsi təmin ediləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3222
avatar

Oxşar yazılar