Bakıda yaşlı qadın qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, iyunun 9-da M.Həsənov küçəsində 74 yaşlı bir qadının içərisində pulu, sənəd və bank kartı olan cüzdanı soyğunçuluq yolu ilə talanıb.
Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş Elşən Babayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.