Bakıda qətl hadisəsi olub.
Xətairayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, dekabrın 19-u saat 22 radələrində paytaxtın Xətai rayon sakini 74 yaşlı Vaqif Hüseynovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin qonşusu, 51 yaşlı Ceyhun Rizayevin yaşadıqları binanın qarşısında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Vaqif Hüseynovun döş qəfəsinin sol yan səthinə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ceyhun Rizayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.