Bakıda 4 nəfər kişini döyüb QARƏT ETDİLƏR
12 mart 2022 15:08 (UTC +04:00)

Bakıda 4 nəfər kişini döyüb QARƏT ETDİLƏR

Bakıda quldurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə martın 11-də 4 nəfərin rayon ərazisində yaşayan R.Veyisovu döyərək 40 manat pulunu və mobil telefonunu almaları barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri B.Kərimov, N.Novruzov, Ə.Kazımov və R.İbrahimzadə müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3231
avatar

Mehman Nəbiyev

Oxşar yazılar