Bakıda 15 yaşlı qızı hamilə qoyan oğlanla bağlı MƏHKƏMƏ QƏRARI
09 fevral 2022 11:36 (UTC +04:00)

Bakıda 15 yaşlı qızı hamilə qoyan oğlanla bağlı MƏHKƏMƏ QƏRARI

Bakıda ölü döl doğub özü də vəfat edən 15 yaşlı qızın qeyri-rəsmi əri ilə bağlı məhkəmə qərar çıxarıb.

Lent.az-ın məlumatına görə, 29 yaşlı Mayıl Hadıyev barəsində Xəzər rayon Məhkəməsi qərar çıxarıb. Qərara əsasən, M. Hadıyev barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Xəzər rayon Polis İdarəsinin İstintaq idarəsi tərəfindən cinayət əməlində təqsirləndirilən M.Hadıyevin barəsində Cinayət Məcəlləsinin 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, paytaxtın Xəzər rayonu Binə qəsəbəsində yaşayan 2006-cı il təvəllüdlü Nəzrin Rüstəmova (ad soyad şərti) evdə ölü döl doğduqdan sonra dünyasını dəyişib. Onun 10 ay əvvəl 1993-cü il təvəllüdlü Mayıl Hadyevlə ailə qurduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5286
avatar

Mehman Nəbiyev

Oxşar yazılar