Bakı sakini 2 kilodan çox heroinlə tutuldu
11 fevral 2022 16:09 (UTC +04:00)

Bakı sakini 2 kilodan çox heroinlə tutuldu

Bakı sakinindən külli miqdarda narkotik tapılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini E.Babayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 2 kiloqram 115 qram heroin aşkar edilərək götürülüb.

# 1878
avatar

Mehman Nəbiyev

Oxşar yazılar