Kürdəmirdə bacısını qətlə yetirən Xəyal Şıxaliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Lent.az xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Aqil Musayevin icraatına verilib.
Xatırladaq ki, hadisə bu il sentyabrın 15-də rayonun Ü.Hacıbəyov küçəsində qeydə alınıb.
Aralarında yaranan ailə münaqişəsi zəminində rayon sakini, Şıxəliyev Xəyal Təbriz oğlu bacısı 35 yaşlı Nəsirova Dilarə Təbriz qızına çoxlu sayda bıçaq xəsarəti yetirib.
Ağır xəsarətlər alan yaralı dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. D.Nəsirova aldığı çoxsaylı bıçaq zərbələri səbəbi ilə xəstəxanada ölüb.