Azərbaycanda iki qardaş bıçaqlandı
12 iyun 2023 12:17 (UTC +04:00)

Azərbaycanda iki qardaş bıçaqlandı

Mingəçevirdə bıçaqlanma olub

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, dünən gecə saatlarında Mingəçevir şəhəri ərazisində şəhər sakinləri - 2000-ci il təvəllüdlü Süleyman Fərzəliyev və iki qardaş Samir və Seymur Zeynalovlar arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə nəticəsində hər üç şəxs bıçaq xəsarətləri alıb.

Tərəflərin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub və faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində zəruri istintaq hərəkətləri davam etdirilir.

# 2973
avatar

Oxşar yazılar