Azərbaycanda ər boşanmaq istəyən arvadını və qayınanasını... - TƏFƏRRÜAT
09 may 2022 12:12 (UTC +04:00)

Azərbaycanda ər boşanmaq istəyən arvadını və qayınanasını... - TƏFƏRRÜAT

Dünən Sumqayıtda boşanmaq istəyən qadının əri tərəfindən öldürülməsi barədə xəbər vermişdik.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, cinayət hadisəsinin təfərrüatları məlum olub.

Belə ki, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə mayın 8-də Qurd dərəsi bağlar sahəsindəki evlərin birində 41 yaşlı İlahə İsgəndərovanın öldürülməsi, anası İ.Nağıyevaya isə bıçaq xəsarətləri yetirilməsi barədə məlumat daxil olub.

Şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla həmin gün saat 15 radələrində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tofiq Həsənovun münaqişə zəminində bıçaqla həyat yoldaşını öldürməsi, qayınanasına isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. T.Həsənov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

# 3285
avatar

Mehman Nəbiyev

Oxşar yazılar