Qusarda qətl hadisəsi olub.
Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, sentaybrın 6-da rayon sakini 27 yaşlı Ellada Abbasovanın yaşadığı evdə ölməsi barədə məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əri 37 yaşlı Zedik Əlifxanov sentyabrın 4-də axşam saatlarında yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əllə, ayaqla və ağac parçası ilə Ellada Abbasovaya xəsarətlər yetirib. E. Abbasova aldığı xəsarətlərin təsirindən qeyd edilən tarixdə ölüb.
Faktla bağlı Qusar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Zedik Əlifxanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.