Bərdədə tək yaşayan 65 yaşlı qadına qarşı quldurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, ötən günlərdə gecə saatlarında rayon ərazisində yerləşən evlərin birində quldurluq əməli törədilməsi barədə rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumatla əlaqədar polis əməkdaşları dərhal hadisə yerində olublar. İlkin araşdırmalarla qadının quldurluq yolu ilə evindən nəğd pulu və digər əşyalarının talanması məlum olub.
O, polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb, vəziyyəti yaxşıdır.
Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb.
Araşdırmalarla onların Asəf Allahverdiyev, Şükür Hüseynov, Emin Nəbiyev, Zaur Ağamirov və Elməddin Ocaqov olduqları müəyyən olunub.
Hazırda faktla bağlı Bərdə rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.