“Ötən il Azərbaycanda 21 zorlama və zorlamaya cəhd hadisəsi olub”.
Lent.az xəbər verir ki, bu sözləri baş prokuror Kamran Əliyev 2021-ci ilin yekunları ilə bağlı keçirilən geniş kollegiya iclasında bildirib.
O bildirib ki, 2021-ci ildə bu cinayətlərin sayı azalıb. Baş prokurorun sözlərinə görə, 2020-ci ildə Azərbaycanda 26 zorlama və zorlayama cəhd hadisəsi qeydə alınıb.