Atasını öldürüb meyiti yandıran oğuldan YENİ XƏBƏR
13 aprel 2022 13:18 (UTC +04:00)

Atasını öldürüb meyiti yandıran oğuldan YENİ XƏBƏR

Gəncədə atasını öldürüb meyitini yandıran Məmməd Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Nural Əliyevin icraatına verilib.

Qeyd edək ki, ötən il dekabrın 10-da Gəncə şəhəri, Ə.Məmmədov küçəsində fərdi yaşayış evində yaşayan 1963-cü il təvəllüdlü Azad Məmmədovun evdən çıxaraq getməsi və bir daha geri qayıtmaması ilə bağlı oğlu Məmməd Məmmədov Gəncə şəhər Nizami rayon Polis İdarəsinə müraciəti edib. Müraciət əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib.

Araşdırmalarla müəyyən edilib ki, dekabrın 8-i günorta saatlarında Məmməd Məmmədov yaşadıqları evdə atası Azad Məmmədov ilə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı onu əlləri ilə boğub öldürüb, daha sonra meyiti evin həyətinə çıxararaq yandırdıqdan sonra basdırıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3435
avatar

Mehman Nəbiyev

Oxşar yazılar