Ata onu döyən oğlunu öldürdü
13 iyun 2023 16:45 (UTC +04:00)

Ata onu döyən oğlunu öldürdü

Türkiyədə ata oğlunu öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Düzce rayonunun Çilimli qəsəbəsində baş verib. 58 yaşlı Ahmet Akcan ilə narkotik aludəçisi olan 30 yaşlı oğlu Mustafa arasında münaqişə yaranıb. Bu zaman oğul atasını döyərək xəsarət yetirib.

Daha sonra ata tapança ilə oğluna atəş açıb. Xəstəxanaya yerləşdirilən Mustafa Akcan orada ölüb.

Atası da xəstəxanaya yerləşdirilib və daha sonra istintaqa təhvil veriləcək.

# 3180
avatar

Oxşar yazılar