Ağdaşda qadının çantası oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, rayon ərazisində Mingəçevir şəhər sakini N.İbrahimovanın içərisində 3000 manat pul, geyim əşyaları və pensiya kartı olan çantasını oğurlanıb.
Ağdaş rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Ağdaş şəhər sakini H.Şəfiyev və oğlu müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.