Arvadının keçmiş ərini döyüb öldürən HƏBS OLUNDU
25 yanvar 2022 12:34 (UTC +04:00)

Arvadının keçmiş ərini döyüb öldürən HƏBS OLUNDU

Bakıda 5 gün əvvəl döyülən kişi xəstəxanada ölüb.

Sabunçu rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, yanvarın 19-u saat 22 radələrində Sabunçu rayonu ərazisində 43 yaşlı Ramil Atakişiyevin aldığı xəsarətlər nəticəsində yanvarın 24-ü xəstəxanada ölməsi barədə məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, 29 yaşlı Əbülfərz Məhərrəmov şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Ramil Atakişiyevi döyərək xəsarətlər yetirib. Nəticədə o, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Əbülfərz Məhərrəmov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, yanvar 19-da axşam saatlarında Atakişiyev Ramin Mobil oğlu övladını görmək üçün keçmiş həyat yoldaşı ilə görüş təyin edib. R.Atakişiyevi isə Xəlil bəy Xasməmmədov küçəsi 1 B ünvanında onun həyat yoldaşının hazırda qeyri-rəsmi nikahda yaşadığı şəxs qarşılayıb. Həmin şəxs R.Atakişiyevi bel ilə döyərək ona ağır xəsarətlər yetirib. R.Atakişiyev komatoz vəziyyətində xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1908
avatar

Mehman Nəbiyev

Oxşar yazılar