Aptekdən, bərbərxanadan və məktəbdən oğurluq etdi
07 yanvar 2022 18:39 (UTC +04:00)

Aptekdən, bərbərxanadan və məktəbdən oğurluq etdi

Suraxanı rayon Polis İdarəsi 33-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Ə.Səfərov saxlanılıb.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun bir aptekin divarından kondisionerin 500 manat dəyərində boru və naqilini, bir bərbərxanadan 500 manat dəyərində məişət əşyaları, bir məktəbdən 2093 manat dəyərində kompüter və monitor, 3 avtomobildən isə səsgücləndirici, 400 manat pul və sənəd oğurlaması da müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1179
avatar

Mehman Nəbiyev

Oxşar yazılar