Andranik küçəsində  ATIŞMA:   Kriminal avtoritet Andranik güllələndi
08 mart 2022 15:46 (UTC +04:00)

Andranik küçəsində ATIŞMA: Kriminal avtoritet Andranik güllələndi

Yerevanda ötən gecə atışma olub. 

Lent.az-ın Ermənistan mətbuatına istinadla məlumatına görə, dünən saat 23:40-da “Asthik” Tibb Mərkəzindən onlara güllə yarası ilə gənc oğlanın gətirildiyi barədə məlumat daxil olub.

Həkimlər yaralının həyatını xilas etmək üçün mübarizə apararkən polis onun 26 yaşlı Yerevan sakini Andranik Nersisyan olduğunu müəyyən edib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının verdiyi məlumata görə, hadisə Andranik küçəsindəki 115 saylı evin girişinin yaxınlığında baş verib. Naməlum şəxs Nersisyana bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb. “Mercedes” markalı avtomobildə də güllə yerləri aşkarlanıb.

Mənbənin sözlərinə görə, güllələnən kriminal dairələrdə tanınmış “Andulik zonasına nəzarət edən”dır. Versiyalardan birinə görə, söhbət vendettadan (qan qisası) gedir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3186
avatar

Oxşar yazılar